Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 12:20:42
Paytaxt məktəbinin məzunundan şahmat üzrə növbəti çempionluq

Bakı şəhəri 249 nömrəli tam orta məktəbin məzunu Aydın Süleymanlı kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında qalib olub.

 

AzEdu.az xəbər verir ki, çempionatın final mərhələsi Aydının 1.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu A.Süleymanlının ilk qələbəsi deyil. O, hələ məktəb illərində bir çox beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə “Beynəlxalq ustad” adına layiq görülüb.

 

Hələ məktəb illərində şahmatda həm də qrossmeyster balını toplayıb.İstedadlı məzunumuzu təbrik edir, ona daha böyük uğurlar arzu edirik!