Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 09:19:00
“Tarixdə bu gün”- 28 mart...

Hər hadisə bir tarixlə xatırlanır. Əhəmiyyətli hadisələrin tarixləri isə yaddaşlardan silinmir. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

28 mart tarixi nə ilə yadda qalıb? 

 

28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramıdır:

 

 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Həmin ilin iyununda bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başladı. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar oldu.

 

Azərbaycan prezidenti Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla 28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramıdır

 

28 mart 1992-ci ildə Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulub:

 

Ölkələr arasında əməkdaşlıq BMT və İKT çərçivəsində həyata keçirilib. Müqavilə-hüquq bazası Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanmışdır.

 

28 mart Çexiya və Slovakiyada müəllim günü kimi qeyd olunur:

 

oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.

 

28 mart 1592-ci ildə görkəmli Çex pedaqoqu və ictimai xadimi Yan Amos Komenski dünyaya gəlib:

 

Gənclik illərində keşiş olan Yan Amon 1648-ci ildən “Çex qardaşları” protestant icmasının başçısı olub. Yan Amon Komenskinin tərtib etdiyi dərsliklər dünyanın müxtəlif ölkələrində 150 ildən artıq tədris edilib. 

 

Dərs ilinin başlanğıcı və sonu anlayışını məhz Komenski yaradıb. O,  həmçinin ili rüblərə bölərək dərs gününün davamiyyətini müəyyənləşdirib, sinif-dərs-təlim formasını hazırlayıb.