Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 16:26:00
“Tələbələrin köçürülməsi ilə bağlı bəzi yeniliklər yumşalmalıdır”

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydalarında yeniliklər olunub. 

 

Maraqlıdır, qaydalarda dəyişiklik tələbələr üçün nə qədər effektiv olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, yeni qaydalarda müəyyən qədər sərt yanaşmalar var:

 

“2016-cı ildən etibarən tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi elektron formada həyata keçirilir. Əlbəttə yeni qaydalarda müəyyən qədər sərt yanaşmalar da var. Azərbaycandan kənarda 40.000-dən çox tələbənin təhsil aldığını nəzərə alsaq, bu Azərbaycandan kənara kifayət qədər vəsait axını deməkdir. Ölkəmizdə bir çox ali təhsil müəssisələrinin plan yerlərinin tam olaraq doldurmadığını nəzərə alsaq burada attestatla qəbul olanların köçürülməsinə məhdudiyyət qoymaq yaxşı deyil. Bu qayda müəyyən qədər yumşalmalıdır”.

 

Təhsil eksperti bildirib ki, kəsri olan tələbələrin köçürülməsi ilə bağlı məhdudiyyətlərin olması düzgün deyil:

 

“11-ci sinifdə oxuyan abituriyent təhsil alacağı ixtisasla bağlı o qədər də məlumatlı olmur. Bəzi tələbələr var ki, 1 il universitetdə təhsil aldıqdan sonra oxuduğu ixtisasın gələcək karyerası üçün faydalı olmadığını başa düşür. Bu müddət ərzində də kəsirləri yaranır. Yeni qaydalara əsasən isə həmin şəxslərin köçürülməsində müəyyən məhdudiyyətlər olduğunu görürük”.

 

K.Əsədov ümumi olaraq təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydalarını müsbət qiymətləndirib:

 

“Yeni qaydalar təhsilin inkişafına, əlçatanlığına, tələbələrin təhsil hüququnu təmin edəcək. Müəyyən məhdudiyyətlər üzərində işləməyə dəyər. Hesab edirəm ki, ildə bir dəfə köçürülmənin olması yaxşıdır. Çünki qış imtahan sessiyasında  müəyyən qədər gecikmələr baş verə bilirdi. İndi isə bu köçürülmələr yay dövründə olacaq. Bu isə çox yaxşı haldır”.