Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 12:44:00
"Örnək müəllim"dən tövsiyə: “Şagirdlər dərsi özləri keçsələr...”

Bu gün etibarən 1 həftəlik bayram tətili yekunlaşıb. Müşahidələr onu göstərir ki, şagirdlər uzun müddətli tətillərdən sonra dərslərdən kənarlaşdığına görə adaptasiyada çətinlik çəkirlər.

 

Bəs, tətildən sonra müəllimlər nə etməlidir ki, şagirdlər dərslərə köklənə bilsinlər?

 

AzEdu.az-a danışan Ağsu rayon Sarvan kənd ümumi orta məktəbin İbtidai sinif müəllimi ,“Örnək müəllim” Fatimə Hüseynova qeyd edib ki, şagirdlərin dərsə rahat adaptasiya etmək üçün tətildən öncə boş vaxtlarını necə maraqlı dəyərləndirə biləcəkləri barədə söhbət aparmaq lazımdır:

 

“Tətildən sonra isə uşaqları dərsə adaptasiya etmək üçün əyləncəli təlim üsulları, interaktiv dərs metodları ilə uşaqları dərs prosesinə cəlb etmək mümkündür. Dərsləri daha maraqlı keçmək üçün müxtəlif metodlardan, müxtəlif mühitlərdə öyrənmə prosesləri təşkil etmək lazımdır. Məsələn uşaqlarla təlim simulyasiyası edərək köhnə dərslərin təkrar üçün müxtəlif oyunlar keçiririk. Təlim simulyasiyası uşaqların dərsi özlərinin keçməsi üzərindən təşkil olunmuş metoddur. Öyrənmədə ən effektiv üsul bildiyini kiməsə öyrətməkdir. Bu yol ilə bildiklərin daha çox tətbiqə çevrilir və unudulmur. Təlim simulyasiyasıda bu üsullardan biridir”.