Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-25 17:24:43
Cəlilabadda qadın və 3 azyaşlı övladı itkin düşüb

Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Ş.Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.