Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-22 12:47:47
Bu gün Ümumdünya Su Günüdür

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür.

 

AzEdu.az xəbər verir ki, Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb.

 

BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

 

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsan vücudunun hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.