Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 12:13:30
Yerdəyişmə üzrə vakansiya seçimi başladı
Bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
 
Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, müsabiqə üzrə vakansiya seçimi 29 aprel saat 11:00-dək davam edəcək.
 
Qeyd edək ki, müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.