Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-22 09:50:19
Ali məktəblərə qəbul prosesi: Universitetlərə həvalə olunsa...

İctimaiyyətdə zaman-zaman bakalavr qəbul prosesinin Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən deyil universitetlər arasında aparılması haqqında təkliflər verilir.

 

Maraqlıdır, qəbul prosesini universitetlər tərəfindən həyata keçirilməsi mümkün ola bilərmi?

 

Mövzuya münasibət bildirən təhsil eksperti Adil Vəliyev AzEdu.az-a bildirib ki,  qəbul imtahanı prosesi DİM tərəfindən təşkil olması daha məqsədəuyğundur:

 

“Dövlət İmtahan Mərkəzi tabeliyində imtahanların həyata keçirilməsi bir növ imahanlarda şəffaflığın təmin olunmasına zəmin yaratmış olur. Hər il demək olar ki, abituriyentlər sualların çətinliyi ilə bağlı narazı fikirlərini səsləndirirlər.

 

Keçmişdə qeyri-qanuni yolla universitetə qəbul olmaq mümkün idi. Ona görə də düşünürəm ki, ali təhsil müəssisələrinə qəbul prosesinin DİM tərəfindən təşkil olunması daha yaxşıdır. Əks halda bu proses universitetlər təşkil etmiş olsa böyük bir xaos yaranar və bu qarşısı alnmaz vəziyyətə çevrilər.

 

Çünki hər bir universitet rəhbəri plan yerinin dolması üçün mümkün variantların bir çoxundan istifadə edə bilər ki, bunun nəticəsində də Azərbaycan gəncliyi və gələcəyi üçün çox ağır nəticələrə səbəb ola bilər.

 

Düşünürəm ki, bu qədər abituriyenti qəbul etmək və imtahanın şəffaflığını qorumaq o qədər də asan bir şey deyil və hazırda Azərbaycan cəmiyyəti bu kimi qəbul vasitəsinə hazır deyil”.