Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-21 14:21:05
Tələbə qəbuluna gecikənlərə şad XƏBƏR: Bu tarixdə yenidən...

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qeydiyyata alınması 2024-cü il martın 1-də başlanıb və 15 mart tarixində yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

 

Bəzi namizədlər var ki, nəzərdə tutulan tarixdə qeydiyyatdan keçməyi unudublar. 

 

Bəs həmin şəxslər ali təhsil müəssilərinə qəbul üçün yenidən qeydiyyatdan keçə bilərlər? 

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata əsasən, həmin namizədlər 15 aprel – 6 may tarixlərində qeydiyyatdan keçə biləcəklər.