Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-21 12:09:00
AzEdu.az -da "COP29 və Təhsil" bölməsi AÇILDI

Bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

 

Bununla bağlı qərar COP28-in 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasında verilib.

 

Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizə olan etimadın nəticəsidir. Konfransa 120 ölkənin nümayəndə heyətinin qatılacağı gözlənilir. 10 minlərlə xarici nümayəndənin ölkəmizə gələcəyini nəzərə alsaq, deyə bilərik ki, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

 

Bakı COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində öz töhfəsini verəcək.

 

AzEdu.az Təhsil Portalı bu mötəbər tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, özündə COP29 və Təhsil bölməsi yaradıb.

 

Bölmədə COP29 beynəlxalq konfransının təhsildəki rolu, bununla bağlı xəbərlər, müsahibələr və digər materallar yayımlanacaq.