Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 15:45:06
Şəkidə 13 yaşlı uşaq xəstəxanada ölüb

Martın 18-də saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

"Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb", məlumatda deyilir.