Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 13:28:00
Təhsil Azərbaycan insanı üçün ən həssas məsələlərdəndir

5-6 mart tarixində təhsil ekspertləri üçün təşkil olunmuş təlimdə bir sıra məsələlər müzakirə edildi. Onlardan biridə təhsil ekspertlərinin sosial şəbəkə ilə düzgün işləməsiylə bağlı məsələlər oldu.

 

Maraqlıdır, günümüzdə təhsil ekspertləri sosial şəbəkələrlə necə işləməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elvin Bədirovun sözlərinə görə təhsil mütəxəssisləri öz peşəkar fəaliyyətindəki nailiyyətlərini paylaşmalı, habelə mövzulara dair müzakirələrdə iştirak etməlidirlər:

 

“Təhsil mütəxəssislərinin bir araya gəlməsi və təşkil edilən müzakirə olduqca faydalı idi. Bu görüşlərin mütəmadi olması daha faydalı əməkdaşlıqların qurulmasına kömək edə bilər. Günümüzün reallıqlarından biri budur ki, hər yeni gün əvvəlkindən daha sürətli informasiya təchizatını tələb edir, şərtlər və tələblər dəyişir. Ona görə də təhsil mütəxəssisləri də günümüzün reallıqlarını qəbul etməli və sosial şəbəkələrin gücündən və imkanlarından daha faydalı istifadə etməlidirlər.

 

Təhsil mütəxəssislərinin sosial şəbəkədə effektiv işləməsi üçün bir neçə mühüm istiqamətlər var.  Hər şeydən əvvəl qeyd etməliyik ki, sosial şəbəkələr təhsil mütəxəssislərinin peşəkar fəaliyyətlərini inkişaf etdirmək, təcrübə və məlumatları paylaşmaq üçün effektiv meydandır. Təhsil mütəxəssisləri öz peşəkar fəaliyyətindəki  nailiyyətlərini paylaşmalı, habelə mövzulara dair müzakirələrdə iştirak etməlidir”.

 

Ekspert təhsil mütəxəssislərinin sosial şəbəkə platformalarında etdiyi müəyyən yalnışların insana olan etimadı zədələdiyini qeyd edib:

 

“Təhsil ilə bağlı aktual mövzuları, faydalı araşdırmaları öz şəbəkəsi ilə davamlı bölüşməli və mütləq doğru informasiyaları çatdırmalıdır. Mənbəyi qeyri-müəyyən olan və ya səhv olan məlumatları bölüşməkdən ehtiyat etməlidir. Təhsil çevrəsini mütləq geniş tutmalı, digər təhsil mütəxəssisləri, tələbə və müəllim auditoriyaları və ümumilikdə təhsil ictimaiyyəti ilə əlaqələrini gücləndirməlidir.

 

Mütləq paylaşımlarında və cəlb edilidiyi müxtəlif müzakirələrdə etik davranışlara riayət etmək, qarşı tərəfin ünvanladığı fikirlərə maksimum düzgün və dolğun cavab verib, yalnış məlumatla dezinformasiyaların yayılmasında pay sahibi olmaqdan çəkinmək lazımdır.

 

Təhsil mütəxəssislərinin sosial şəbəkə platformalarında etdiyi müəyyən yalnışlar var ki, bu həmin insana olan etimadı zədələyir. Mütləq paylaşılan məzmunların diqqətli bir şəkildə seçilməsi vacibdir. Düşünmədən, məsələni tam anlamadan paylaşmaq, yanlış məlumatları yaymaq yolverilməzdir. Ən ciddi səhv kimi bəzən bilmədikləri sahə və məsələlərlə bağlı mütləq fikir bildirmək adına fikirlər deyilir ki, bu da həmin mütəxəssisin reputasiyasına mənfi təsir göstərir.

 

Nəzərə almaq lazımdır ki, təhsil Azərbaycan insanı üçün ən həssas məsələlərdəndir. Xüsusi ilə tədris ilinin ən həlledici dövrlərinə qədəm qoyuruq. Qəbul imtahanları və yeni tədris ilinə hazırlıq dövrü ilə bağlı mütləq düzgün məlumatları paylaşmaq lazımdır”.