Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-17 14:47:10
Gənc gimnastlar beynəlxalq turnirdə finala vəsiqə qazanıblar

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” 2024 turnirində Azərbaycan millisinin üzvləri finala yüksəliblər.

 

AzEdu.az xəbər verir ki, fərdi proqramda çıxış edən Selcan Mahsudova, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Samirə Hüseynova, Ömər Qasımlı beynəlxalq turnirin finalında iştirak edəcəklər.

 

Həmçinin Əli Niftəliyev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə və Fərhad Mustafayevdən ibarət komandamız həlledici mərhələdə iştirak hüququ qazanıb.