Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-17 11:34:00
Naxçıvanda Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 29-da Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçiriləcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, 300-ə yaxın riyaziyyat müəlliminin iştirakı ilə keçiriləcək forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim, riyaziyyatçı Fuad Qarayev "Gələcəyi inşa edən riyaziyyatçı müəllim və istedadlı uşaqlar", təhsil üzrə tədqiqatçı, riyaziyyat müəllimi Afərin Əkbərli isə "Riyaziyyatın tədrisində müasir trendlər" mövzularında çıxış edəcəklər. 

 

Forumda müxtəlif sualların cavablandırılması və müzakirələrin aparılması nəzərdə tutulur. 

 

Formun keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə şagird nailiyyətlərinin artırılmasında müəllimlərə dəstək olmaqdır.

 

Qeyd edək ki, gələcəkdə digər fənlər üzrə də forumların keçirilməsi nəzərdə tutulur.