Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-17 09:02:00
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.