Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 16:17:32
Bəxtiyar Əliyev: Peşə təhsili üzrə qəbulun çox aşağı səviyyədə olması narahatlıq doğurur

Təhsil sahəsində görülən müvafiq tədbirlərə baxmayaraq, narahatlıq doğuran bir sıra məqamlar var.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin martın 15-də keçirilən iclasının gündəliyinə daxil edilən Nazirlər Kabinetinin 2023-cü il üçün illik hesabatına münasibət bildirərkən deyib.

 

B.Əliyev ötən il peşə təhsili üzrə qəbulun çox aşağı səviyyədə olduğunu bildirib.

 

Komitə sədri peşə təhsili üzrə qəbulun ali təhsilə nisbətən az olmasından təəssüfləndiyini də dilə gətirib. Bildirib ki, işçi qüvvəsinə ehtiyac var və bu istiqamətdə ciddi düşünmək lazımdır.