Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 17:11:22
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.

 

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 13 mart 2024-cü il tarixli əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.

 

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə Kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb. Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər Kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.