Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 00:40:00
Nazirlik: Sumqayıtda yanğın baş verən yataqxanada tələbələr yaşamır

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər.

 

Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.