Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 14:16:00
İmtahanların tez keçirilməsi şagirdlərin davamiyyətinə təsir edir?

Müşahidələr onu göstərir ki, 11-ci siniflərin buraxılış imtahanından sonra dərsə olan davamiyyətləri azalır və ümumiyyətlə məktəbə gəlmək istəmirlər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki,imtahanların erkən keçirilməsi bəzi abituriyentləri arxayın edir və onların təhsilə davamiyyəti aşağı düşür:

 

“Amma bu belə olmamalıdır. Çünki dünyanın əksər ölkələrində, imtahanlar ilin müxtəlif vaxtlarında - noyabr, dekabr, yanvar ayında  keçirilir. Buraxılış imtahanı qəbul imtahanının birinci mərhələsidir və bu o demək deyil ki, şagirdlər buraxılış  imtahanını verdikdən sonra arxayın olmamalıdırlar. Çünki onları illik qiymətləndirilmə və attestatın təqdim olunması prosesi gözləyir. Bu isə iyun ayının 14-ə kimi davam edir. Təkcə onlar Azərbaycan dili, riyaziyyat, xarici dil üzrə deyil, digər fənlərdən də tədrisi davam etdirməlidirlər ki, sonda onların yekun qiymətləndirilməsi daha yuxarı olsun. İmtahanlar iyun ayında da keçirilə bilər. Sadəcə problem bundan ibarətdir ki, kurikulum sualların yoxlanılma prosesi bir qədər vaxt tələb edir”.