Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 11:39:41
“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.

 

AzEdu.az xəbər verir ki, bu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri dərc edilib. 

 

Bu nömrədə həmçinin:

-  BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;

-  ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏ

TARİX FƏNNİNDƏN “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”;

 

- 2023-cü ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI

və digər zəruri materiallar təqdim olunub. 

 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.