Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 09:57:36
Uşaqda özünəinamı bu üsullarla formalaşdırın

Özünə güvənən uşaqlar yetişdirmək hər bir ailə üçün böyük əhəmiyyət kəsb edir. Uşaq tərbiyə edərkən bəzi qaydalara riayət etmək müvafiq məqsədə çatmaq üçün zəmin yaradır.

 

AzEdu.az ingilis yazıçısı Helen Rassellin özünə güvənən uşaq böyütməyin 6 yolunun izahını təqdim edir. Üç uşaq anası olan yazıçı Helen Rassell həyat yoldaşının işi üçün Danimarkaya köçəndə bu ölkədə uşaqların özünəinamının çox yüksək olduğunu müşahidə edib. Bu barədə kitab yazan Rassel 6 amili qeyd edib:

 

Təbiət. Hava necə olursa-olsun, uşaq hər gün mütləq çölə çıxmalıdır. Çünki təbiətdə vaxt keçirmək şəxsiyyətin inkişafına kömək edir.

 

Qida. Uşağın sağlam qidalanmasına nəzarət etmək lazımdır.

 

Oyun. Müxtəlif oyunlar uşağın təxəyyülünü inkişaf etdirir və dünyanı anlamağa kömək edir, birlikdə oynamaq daha faydalıdır.

 

Mahnı. Musiqi dinləmək, mahnı oxumaq uşağın rahatlaşmasına kömək edir. Mahnı oxumaq birlik hissini gücləndirən və stresi azaldan oksitosin hormonunu artırır.

 

Danışmaq. Uşaqları ictimai yerlərdə danışmağa təşviq etmək əhəmiyyətli olar. Onları hekayə söyləməyə və fikirlərini başqalarına ifadə etməyə sövq etmək lazımdır. Bu, utancaqlığı aradan qaldırır və özünəinamı artırır.

 

Həddindən artıq tərif etməmək - uşağı həddindən artıq tərifləmək onun psixoloji tarazlığını pozar.