Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 16:02:41
Təhsil jurnalistləri və ekspertləri üçün MÜSABİQƏ

Təhsildən yazan jurnalistlər və təhsil mütəxəssisləri üçün müsabiqə elan edilir.

 

Müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilir.

 

Təhsil üzrə mütəxəssislər “Təhsil ekspertləri necə işləməlidir” mövzusunda material təqdim etməlidirlər. Materialda təhsil ekspertlərinin media, sosial şəbəkələr, dövlət orqanları və parlamentlə necə işləmələri barədə vacib məqamların qeyd olunması vacibdir.

 

Müsabiqədə iştirak etmək istəyən jurnalistlər isə “Təhsil mediada necə əks olunur?” mövzusunda ən yaxşı reportaj, müsahibə, köşə yazısı və yaxud jurnalist araşdırması təqdim edə bilərlər.

 

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 2(iki) jurnalist, 2 (iki) ekspert qalib elan edilir və mükafatlandırılır.

 

Materialların qəbulu elektron formada və ya kağız daşıyıcı vasitəsi ilə nəzərdə tutulur.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər müvafiq qaydalara uyğun olaraq hazırladıqları materialları Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin bu layihədə tərəfdaşı olan AzEdu.az Təhsil Portalının rəsmi elektron ünvanına göndərə bilərlər: [email protected]

 

Müraciətlərin qəbulu 15 aprel 2024-cü il saat 23:00-dək davam edəcəkdir.