Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 09:54:04
Magistraturada danışığın yoxlanması gələn ildən tətbiq olunacaq?- RƏSMİ

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirdi ki, gələcək illərdə magistraturaya qəbul imtahanına danışıq bloku üzrə test tapşırıqları əlavə olunacaq. 

 

AzEdu.az Təhsil Portalı olaraq imtahana əlavə ediləcək yeni formatla bağlı DİM-ə müraciət etdik.

 

Mərkəzdən bildirildi ki, magistraturaya qəbul imtahanına danışıq blokunun daxil edilməsi yaxın gələcəkdə nəzərdə tutulub:

 

“İmtahanın bu formatda keçirilməsi üçün müəyyən texniki məsələlər öz həllini tapmalıdır. Buna görə də konkret vaxt demək çətindir. Qeyd edək ki, Mərkəz tərəfindən keçirilən digər imtahanlarda artıq bu təcrübə tətbiq olunur. İlk dəfə 2021-ci ildə doktoranturada oxuyanların, daha sonra isə doktoranturaya qəbul olmaq istəyənlərin xarici dil üzrə danışıq bacarıqları yoxlanılmağa başlanılıb. İmtahan şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilir və bir neçə hissədən ibarətdir. İmtahanın strukturu haqqında, eyni zamanda nə vaxtdan tətbiq olunacağı ilə bağlı ən az bir il əvvəldən ictimaiyyətə məlumat veriləcək”.