Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 15:38:26
"Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbiri keçirilir

Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbiri keçirilir.

 


AzEdu.az xəbər verir ki, final tədbirində Nilufər Rəhimova “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri jurnalistlərə açıqlamasında qeyd edib ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında kompüter elmlərinin, proqramlaşdırmanın təbliği və gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.

 

"2023-2024-cü tədris ilində həyata keçirilən Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinə ümumi təhsil məktəblərinin 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulmuşdur. Il mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanmışdır. Onlardan 62 nəfər Bakı şəhərində, 70 nəfər isə rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdləridir",- o deyib.