Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 13:48:00
Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Amerikapress.com" saytının həbsdə olan rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzEdu.az-ın  Trend-ə istinadən məlumatlına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sultanov 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.