Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 15:25:00
"Abituriyentlər imtahan nəticələrini daha tez biləcək"

Bu ildən etibarən abituriyentlərə buraxılış imtahanının sual kitabçaları təqdim olunacaq. Belə ki, iştirakçılara imtahanın sonunda sual kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.

 

Maraqlıdır, qəbul edilən bu dəyişikliyin abituriyentlərə müsbət təsirləri nə olacaq?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov sual kitabçalarının abituriyentlərə verilməsini müsbət qiymətləndirib:

 

“Hər il istər IX sinifdən, istər XI sinifdən kifayət qədər şagird buraxılış imtahanında iştirak edir. Təkcə IX sinifdən 130 minə yaxın, XI sinifdən 90 minə yaxın şagirdlər buraxılış imtahan verəcəklər. Buraxılış imtahanlarının nəticələri kifayət qədər gec elan olunurdu. Çünki 3 tip sual - açıq, qapalı və situasiya tipli suallar yer alır.

 

Situasiya tipli sualların cavablandırılmasında əlyazmadan istifadə olunur və bunu markerlər yoxlayırlar. Həmin markerlərdə təbii ki, uzun müddət ərzində nəticələri yoxlayıb və cavabları standartlara uyğun qiymətləndirirlər. Bundan başqa imtahandan 25-30 gün sonra Dövlət İmtahan Mərkəzi imtahan nəticələri elan edib şagirdlərə müraciət edirdi ki, ”hər hansı bir sualla bağlı nəticədən narazısınızsa appelyasiyaya verin”.

 

Şagirdlərində həmin vaxt əlində nə sual, nə də ki sual kitabçası yox idi. Ona görə də şagirdlərdə konkret olaraq bilmirdilər ki, hansı sualı səhv yazıblar. Buna baxmayaraq hər il sualların apellyasiya zamanı məlum olurdu ki, kifayət qədər yoxlama zamanı qüsurlara yol verilib”.

 

Ekspert bildirib ki, artıq imtahan verən namizədlər nəticələrini daha tez biləcəklər:

 

“Artıq bu ildən sual kitabçası abituriyentlərə təqdim ediləcək. Şagirdlər imtahandan sonra öz cavablarını müəllimlərinə yoxlada biləcəklər. Bu imkan verəcək ki, şagirdlər ilkin nəticələrini qısa müddət ərzində bilsinlər.

Bu olduqca yaxşı bir addımdır. Həm apellyasiyaya vermək üçün imkan veriləcək şagirdlərə, həmçinin nəticələrini qısa müddət ərzində biləcəklər eyni zamanda sual nümunələri artıq insanların əlində olacaq. Ona görə də sual kitabçaların verilməsi çox yaxşıdır”.