2018-10-25 11:10:00
14 yaşı var, amma 1-ci sinifdə oxuyur
Əbdürrəhman Həsənov 242 nömrəli tam orta məktəbin birinci sinif şagirdidir. 14 yaşı olan bu oğlanı həmyaşıdlarından fərqləndirən cəhət onun indiyə kimi yazıb oxuma bilməməsidir. O, məktəbə gec getməsini valideynlərinin qeydiyyat problemi ilə əlaqələndirib. Dediyinə görə, onun və qardaşının sənədləri vaxtında hazır olmadığından illərlə məktəb həsrəti çəkiblər.
AzEdu.az xəbər verir ki, Azvision.az-ın əməkdaşları 14 yaşlı Əbdürrəhmanın oxuduğu məktəbə baş çəkərək, onun dərsləri ilə maraqlanıblar.
“Ailədə 3 qardaş, bir bacıyıq. Məktəbə gec getməyimin səbəbi anamın Gürcüstan qeydiyyatında olması idi. Keçən ilin sentyabr-oktyabr aylarında xəbər verdilər ki, bizə vətəndaşlıq verirlər, 3-4 ay sonra mən məktəbə gəldim. Digər qardaşım da mənimlə birgə birinci sinifdə təhsil alır, 2009-cu il təvəllüdlüdür. Böyük qardaşm məktəbi bitirib, bacım isə sonuncu sinifdədir. Anam altıncı sinifə qədər oxuyub. Atam isə 11 il təhsil alıb. Anam evdar qadındır, atam məktəbdə gözətçi işləyir”, - məktəbli oğlan deyib.
Əbdürrəhman məktəbə böyük həvəslə gəlir. Dərs bitdikdən sonra məktəbdən getmək istəmir: “Oxumağı bilirdim, amma yazmağı çox pis bacarırdım. Bacım öyrətmişdi. Ancaq daim istifadə etmədiyimə görə yadımdan çıxırdı. Sonra daha yaxşı yazmağı öyrəndim. Bura gələnə qədər oynayırdım, gəzirdim, hansısa bir işlə məşğul olmurdum. Məktəbdə hər gün yeni şeylər öyrənirəm. Təkrarlayırıq. Yeni hərflər keçirik. İndi "T" hərfində və 5 rəqəmindəyik”.
Əbdürrəhmanın ibtidai sinif müəlliməsi Şərqiyyə Dadaşovanın sözlərinə görə, o, 35 il ərzində ilk dəfə belə şagirdlə rastlaşıb: “Əvvəl çox zəif idi. Yazı yazanda əlləri əsirdi. Bir ay keçməsinə baxmayaraq, irəliləyiş var, indi yaxşı oxuyur. Uşağın savadı çox olsa, gələcəkdə bir sinif yuxarı keçə bilər. Hər gün iki saat dərs keçirik. Saat 8-dən 10-a kimi məşğul oluram. Bir gündə hamısını öyrənmək istəyir. Çox həvəslidir. Qardaşı ona nisbətən zəifdir”.
Əbdürrəhmanın məqsədi orta məktəbi başa vurduqdan sonra ali təhsil almaqdır. O, gələcəkdə polis olmağı arzulayır.
Bu bölməyə aid digər xəbərlər
Qəzada ölən məktəbli imtahanda yüksək bal TOPLAYIBMIŞ
2024-05-13 13:41:55
Şagirdlərin olduğu avtobus dərəyə aşıb
2024-05-11 09:41:00
17 yaşlı qız itkin düşüb
2024-05-10 08:41:32
Gəncədə məktəbli bıçaqlandı
2024-05-03 12:05:03
Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb
2024-05-02 08:48:28
15 yaşlı qız itkin düşdü
2024-05-02 08:47:18
Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
2024-04-30 13:29:17
Ağdamda məktəb tikintisi sülhün bərpasına töhfədir
2024-04-24 15:22:54
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
2024-04-24 14:59:55
Bakıya işləməyə gələn 18 yaşlı oğlan itib
2024-04-22 11:48:00
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
8 May 2024, 14:35
MİQ imtahanına sənəd qəbulu başlayır
FACEBOOK