Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 13:18:00
İşsizliyin qarşısını necə alaq? – “Universitetlərə plan yerləri…”

Ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxırlar. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb...

 

Maraqlıdır hansı ixtisaslar sıradan çıxmağa başlayıb?

 


Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil jurnalisti Məzahir Məmmədli qeyd edib ki, ali təhsil müəssisələri akkreditasiya standartlarına uyğun olmasa belə çoxsaylı tələbəni qəbul etməkdə maraqlıdırlar:

Açıklama yok.


“Günün tələbinə uyğun olmayan ixtisas yoxdur. Bu gün mövcud ixtisas və onun mütəxəssisi varsa, həmin sahəyə nə zamansa mütləq ehtiyac yaranır. Təbii ki, bəzi ixtisasların sıradan çıxması, təlabatın az olması arzuolunan deyil. Bu sonda məzunların işsiz qalması ilə nəticələnir. Ona görə də əmək bazarında təlabat olan ixtisasları nəzərə alıb buna uyğun plan yerlərini artırıb-azaltmaq daha məqsədəuyğun olar. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı Nazirlər Kabinetinə təkliflərini versin. Onlar müəyyən etməlidirlər ki, hansı ixtisas üzrə nə qədər kadr bazasına ehtiyac var? Əgər bu proses tənzimlənsə işsiz məzunlarımızın sayı da xeyli azalacaq. Təbbi ki, bəzi ixtisasların sıradan çıxması arzuolunan da deyil".