Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 09:00:00
“Tarixdə bu gün” - 15 fevralda nələr baş verib?

Bəzi günlər var ki, tarixi bir yox, bir neçə tarixi şəxsiyyətin həyatında dəyişiklik edir, tarixə düşür. Bəzi günlərin hər kəs tərəfindən tanındığı halda bəziləri çox insana məlum deyil.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə məlumat verəcək.

 

16 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

16 fevral 1925-ci ildə görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov vəfat edib:

 

1873-cü ildə Şamaxıda anadan olan Zivərbəy Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirib. 

Zivərbəy Əhmədbəyov ali təhsil almış ilk Azərbaycan memarıdır. O, 1902-ci ildən Bakı Quberniya, sonra isə Bakı Şəhər idarələrində işləyib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Göyçayda məscid, Şamaxıda İmam məscidi, Cümə məscidi, Bakıda Göy məscid, Səadət məktəbi, Mixaylovski xəstəxanasının bir korpusu, Uşaq xəstəxanası, həmçinin Bakı və Şamaxıda bir sıra yaşayış evləri onun layihəsi əsasında tikilib.

 

1925-ci ilin 16 fevralında "Türk Tayyare Cemiyeti" yaradılıb:

 

"Türk Tayyare Cemiyeti" Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen kimi tanınmış təyyarəçilər yetişdirib. 1931-ci ildə pilot Vecihi bəy istehsal etdiyi təyyarə ilə havaya qalxaraq kiçik bir Türkiyə turu etməyi bacarıb. 

"Türk Tayyare Cemiyeti"nin ölkə xaricində təhsil alan mühəndislərindən Selahattin Reşit bəy və komandası, motor və pərvanəsindən başqa, bütün hissələri yerli olan ilk milli təyyarənin prototipini hazırlayıb.

"İstiqbal göylərdədir" deyərək aviasiyanın əhəmiyyətini vurğulayan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təlimatı ilə yaradılan cəmiyyət 1935-ci ildə Türk Hava Qurumu adlanıb.

 

 

16 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov şəhid olub:

 

Səfəralı 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür

Səfəralı Məmmədov Ağdam rayonunda  polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini  səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. 

Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.

 

16 fevral 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov şəhid olub:

 

O, 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirib. 1977–1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görüb.