Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 13:15:51
Daha bir məktəbli qızılcadan ÖLDÜ

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi 14 yaşlı Nuray Süleyman qızı İbrahimova vəfat edib. Onun qızılcadan vəfat etdiyi bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki,  məlumatı dəqiqləşdirmək üçün məktəblə əlaqə saxlanılıb.

 

Məktəbdən saytımıza verilən açıqlamada bildirilib ki, Nuray İbrahimovanın ölümünə səbəb nə olduğu  ilə bağlı məlumatları yoxdur: 

 

“Bəli, təəssüf ki, doğrudur. İki gün öncə vəfat edib. Ancaq biz vəfat səbəbinin nə olduğunu bilmirik. Dərslərdə iştirak edirdi. Hadisə anidən baş verib. O, sinifdə qızılcaya yoluxma yoxdur. Bildiyimiz qədərilə, rayonda dəfn olunub. Hansı rayondan olduqları barədə məlumat yoxdur”, - məktəbdən verilən açıqlamada qeyd olunur.

 

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.