Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 11:39:35
Uşaq evliliyi gələcəyi təhdid edən məsələdir

“Uşaq evliliyi gələcəyi təhdid edən məsələdir”

 

Bu sözləri AzEdu.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

 

O qeyd edib ki, erkən yaşda nişanlanma uşağın, daha çox qızların “buxovlanma" sına səbəb olur:

 

“Təhsil hüququnun əlindən alınması gələcəkdə reproduktiv, sağlamlıq, iqdisadi asılılıq, psixoloji, mənəvi, sosial təminat və s. onlarla problemə əsas yaradır. Qızların uşaq evliliyinə məruz qalmasının qarşısının alınması qanunvericilikdə boşluqların aradan qaldırılması ilə yanaşı, həm də ictimai nəzarətin gücləndirilməsi tədbiri ilə mümkün olacaqdır.  

 

İctimai iştirakçılıq haqqında qanuna əlavə dəyişikliklər mütləq olmaqla yanaşı mövcud tədbirləri işlək formaya keçirmək gərəkdir. Uşaq vəziyyətinin analizi hesabatı milli səviyyədə hazırlanmalı, uşaq təhlükəsizliyinin təminat indeksi ölçülməli və koordinasiya qurumu müəyyən edilməlidir. Uşaq evliliyi gələcəyi təhdid edən məsələdir və həlli vacib strateji hədəf olmalıdır”.