Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 11:15:00
32 min müəllimin maaşı ARTIRILIB

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verib.

 

Bildirilib ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdərin 64% -ni təşkil edir.  

 

Qeyd edilib ki, hazırda ölkə üzrə 897 direktor 1000 AZN-dən yüksək əməkhaqqı alır. Onlardan 285 nəfərin əməkhaqqı 1000-1500 AZN , 456 nəfərin əməkhaqqı 1500-2000 AZN aralığındadır.  156 direktorun əməkhaqqı isə hazırda 2000 AZN-dən yüksəkdir.
 
 
Əlavə olaraq qeyd edək ki,  təhsilverənlərin sertifikatlaşdırılmasının nəticələrinə müvafiq olaraq 2022-ci ildə 9000-ə yaxın, 2023-cü ildə isə 23000-dən çox müəllimin əməkhaqqına əlavələr tətbiq olunub.
 
 
Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.