Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 13:38:00
Buraxılış imtahanları: İnformatika fənni əlavə olunur?

Buraxılış imtahanlarında hər il Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnindən abituriyentlər imtahan verirlər.

 

Müasir dövrdə informatika ilə yüksək texnologiya bir-birinin ayrılmaz hissəsidir. Məlumdur ki, bütün sahələr üzrə minimal da olsa kompüter biliklərinə ehtiyac var. Bu səbəbdən informatika fənninin buraxılış imtahanlarına əlavə olunması ilə bağlı fikirlər daima gündəmdədir.

 

Maraqlıdır, gələcəkdə buraxılış imtahanına informatika fənninin əlavə edilməsi mümkündürmü?

 

Bununla bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, buraxılışda hər il 3 fənn yer alır:

 

“Əslində, buraxılış mərhələsində fənlərin sayının azaldılması daha yaxşı olar. Məktəbdə şagirdlərə 11 il müddətində informatika fənni tədris edilir. Hər il I ixtisas qrupunun riyaziyyat-informatika altqrupuna hazırlaşan abituriyentlərin müəyyən bilik və bacarıqları yoxlanılır. Lakin hesab edirəm ki, buraxılışa informatikanın əlavəsi abituriyentlərin daha çox yüklənməsinə səbəb olacaq. Eyni zamanda elə istiqamətlər var ki, orada informatika fənninə bir o qədər ehtiyac yoxdur. Belə olduqda isə abituriyentlər informatika fənninin buraxılışa əlavə olunmasına etiraz edə bilərlər”.