Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-10 14:25:00
36 yaşlı qadın 10-cu uşağını dünyaya gətirib

Salyan rayon Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsində 10-cu uşaq doğulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat yayıb.

 

Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum evində dünyaya göz açan körpənin çəkisi 3 kq. 900 qramdır.

 

36 yaşlı Gülşən Asif qızı Abdullayeva 6 qız və 4 oğlan anası olub.