Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-10 12:10:00
UNEC ilə Qazaxıstan Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub

UNEC-dən AzEdu.az-a bildirilib ki, strateji hədəflərin icrası məqsədilə ilkin olaraq, Keyfiyyət təminatı şöbəsi ilə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib.

 

Görüşdə UNEC-in və Zaqatala filialının bəzi ixtisaslarının beynəlxalq akkreditasiyasını təmin etmək məqsədilə müzakirələr aparılıb.

 

2011-ci ildə əsası qoyulmuş Müstəqil Akkreditasiya və Reytinq Agentliyi təhsilin keyfiyyətinin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya agentliyidir. IAAR Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür.