Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 12:37:00
Bu universitetin məzunlarının çoxu işlə təmin OLUNUR

Ali təhsil müəssisələrini bitirən tələbələrin işsizlik porblemləri zaman-zaman  aktuallığını qoruyur.

 

Maraqlıdır, son 2 ildə universitet məzunlarının neçə faizi işlə təmin olunub?

 

Bununla bağlı AzEdu.az təhsil portalı olaraq universitetlərə sorğu ünvanlandıq.

 

Sorğumuza cavab olaraq  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, universitetdə tədris olunan ixtisaslar ən aktual ixtisaslardan biridir:

 

“Ölkədə tikinti və quruculuq işləri hazırda geniş vüsət alır. Burada memarlar, inşaat mühəndisləri yetişdirilir. Həmçinin informasiya texnologiyalarına aid ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Qeyd etmək lazımdır ki, tikintinin, inşaatın və memarlığın ətrafında olan ixtisaslar son dərəcədə aktual ixtisaslardır.

 

Nəinki, bu ixtisaslar üzrə ali təhsilli şəxslər, hətta ali təhsili olmayan şəxslər belə asanlıqla iş tapa bilir. Bu arqumentdən çıxış edərək qeyd edə bilərəm ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları son illər ən yüksək şəkildə işlə təmin olunur”.

 

N.Abdullayev bildirib ki, ümumilikdə bütün ixtisaslar üzrə statistikanı demək asan deyil:

 

“Bəzi tələbələr elmi fəaliyyətlə məşğul olur, magistr təhsili alır, bəziləri isə başqa ixtisasa yönəlir. Bütün ixtisaslar üzrə statistikanı demək asan deyil.

 

Lakin ayrı-ayrı ixtisaslar üzrə 90%-ə yaxın, 60-70% öz ixtisası üzrə işlə təmin olunan tələbələr mövcuddur. Demək olar ki, digər istiqamətlərdə də işlə təminatı götürsək bizim universitetin məzunlarının böyük əksəriyyəti 80-90% civarında işlə təmin olunur”.