Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 16:54:53
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində güclü külək əsəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.