Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 17:01:00
Yeniyetmələrdə piylənmə ARTIR – Qarşısını necə almaq olar?  

Müşahidələr onu göstərir ki, COVID-19 pandemiyası uşaqlar arasında piylənmənin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

 

Uşaqlar arasında piylənmənin artmasının səbəbi nədir? Bunun qarşısını almaq üçün valideynlər nə etməlidirlər?

 

Məsələ ilə bağlı AzEdu.az -a dietoloq Ləman Süleymanlı açıqlama verib:

 

 

“Statistik araşdırmalara görə 2020-2022-ci illər ərzində uşaq və yeniyetmələrdə piylənmədən əziyyət çəkənlərin sayı nisbətən artıb. Bu həmçinin, böyüklərdə də müşahidə olunur. Pandemiya insanların fiziki aktivliyini məhdudlaşdırdı. Normal iş rejimindən onlayn iş rejiminə keçid etdilər.

 

COVİD-19 keçirənlərin çoxunda immunitetləri xeyli zəiflədi. İnsanlar immun sistemlərini gücləndirmək üçün müxtəlif yalnış metodlardan istifadə etməyə başladı və bu da ümumilikdə piylənməyə gətirib çıxardı. Piylənmədən əziyyət çəkənlər içərisində uşaq və yeniyetmələr say çoxluğu təşkil edir.

 

Dietoloq bildirib ki, piylənmənin baş verməsində stress birinci növbədədir:

 

“Çünki qorxu və həyəcan stress formullarının fəaliyyətinin artmasına gətirib çıxarır. Bu dönəmlərdə uşaqlar daha həssas olurlar və rahatlamaq üçün qidaya üstünlük verirlər. Pandemiyadan əvvəl valideynlər uşaqları məcbur edirlər ki, saat 9-da yatsınlar. Amma bu məcburiyyət pandemiya vaxtı aradan qaldırıldı. Gecə rejimi daha aktiv oldu. Bəzən insanlar səhərə qədər oyaq qalırdılar. Həmçinin, uşaqlar da…Gecələr mərkəzi sinir sistemi istirahət etmək əvəzinə, həzm prosesiylə məşğul olurdu. Bu da həddən artıq qida yeyilməsi - piylənməyə gətirib çıxarırır”.

 

L.Süleymanovanın sözlərinə görə uşağın qidalanmasına birinci növbədə valideyn nəzarət etməlidir:

 

“Mənim pasientlərim arasında piylənmədən əziyyət çəkən uşaqlar da var. Valideynə sual verirəm ki, bu hal nə vaxt baş verib? Onların böyük əksəriyyəti pandemiya dövrünün adını çəkirlər. Hətta bu yaxınlarda mənə müraciər edən pasientlərimdən biri övladı 13 yaşında olmasına baxmayaraq, 105 kq idi. Valideyni qeyd etdi ki, övladı pandemiyadan əvvəl normal çəkidə idi. Bu isə aydın şəkildə pandemiya dövrünün nə qədər ziyan vurduğunu göstərir. Uşaq və yeniyetmələrdə qeyd edim ki, uşaqlarda piylənmə 11, bəzən isə 6 yaşından başlayır.

 

Həmsöhbətimiz bildirib ki, uşaq ana bətnində olanda yaxşı qidalanmalıdır:

 

“Yeniyetməlik dövründə piylənmə hallarının əsas səbəbkarlarından biri də valideynlərdir. Bu dövrlərdə övladlarına xüsusilə diqqət göstərməli, qidalarına nəzarət etməlidirlər. Hamilə qadınlar övladlarından müvafiq xəstəliklər və problemlər yaranmasın deyə, qidalarına çox ciddi yanaşmalıdır. Bu uşağın sağlamlığı üçün vacibdir. Bəzən hamiləlik dönəmində çox yeməklə, uşağın sağlam olacağına dair fikirlər səsləndirirlər. Lakin bu heç də düz yanaşma deyil. Biz onu başa düşməliyik ki, çox deyil, sağlam qidalanmaq uşağımız üçün yararlı olacaq.

 

Bu nəin ki, hamiləlik dönəmində, eləcə də uşaq dünyaya gələndən sonra da belə olmalıdır. Bəzən müşahidə edirəm ki, valideyn kafedə oturub nə qədər yeyirsə, 3-4 yaşlı uşağına da o qədər yedizdirir. Axı bu düzgün deyil. Uşağın öz qabı, menyusu, qida həcminə nəzarət olmalıdır. Uşaqlar elə bil robotdur. Onları siz sistemləşdirirsiniz”.