Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 09:22:00
Niyə kollec tələbələrinə əsgərlikdən möhlət hüququ verilmir? - RƏSMİ

Məlumdur ki, ali təhsil müəssisəsinə qəbul olan oğlanlar təhsil müddətində həqiqi hərbi xidmətdən möhlət alırlar. Lakin orta ixtisas təhsil müəssisələrində (kollec) əyani təhsil alan oğlanlar oxuduqları müddətdə həqiqi hərbi xidmətə yollanırlar.



Bəs, görəsən, nəyə görə kollecdə əyani əsaslarla oxuyan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilmir?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almayan 22 yaşınadək çağırışçılara “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinin tələbləri ilə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

 

“Tam orta təhsili bitirdikdən sonra orta ixtisas təhsili müəssisələrinə qəbul olunan çağırış yaşlı vətəndaşlara çağırışdan möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığına görə həmin kateqoriyadan olan şəxslər 18 yaşı tamam olduqdan sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar.

 

Əlavə olaraq bildiririk ki, yalnız Qanunun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən əyani təhsilalma formasında ali təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir”.