Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-18 14:06:10
NASCO XXVI çərçivəsində keçirilən bölmə iclasları davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş doktorant və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVI) çərçivəsində keçirilən bölmə iclasları davam edir.


Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitundan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki. 2 günlük konfrans çərçivəsində keçirilən 8 bölmə iclaslarında 199 nəfər doktorant və gənc tədqiqatçı iştirak edib. Onlardan da 183 nəfəri əyani, 16 nəfəri isə onlayn formada müzakirələrdə iştirak edib.

 

Bölmə iclaslarının sonunda tezislə çıxış edən hər bir tədqiqatçıya sertifikat təqdim olunub.