Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-04 09:28:29
Polşada  övladı ilə itkin düşən azərbaycanlının meyiti  tapılıb

Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib.

 

AzEdu.az xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.

 

Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.

 

Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.