2018-10-23 11:33:00
Bakıda məktəbdən hərbi sursat tapıldı
Bakıda məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzEdu.az-a verilən məlumata görə, oktyabrın 22-si saat 12:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 oktyabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, 21 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 16 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, orta məktəbin zirzəmisinə, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 5,237 ədəd partlamamış hərbi sursat, 1 ədəd silah, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 386,343 kv.m ərazi yoxlanılıb.
Bu bölməyə aid digər xəbərlər
17 yaşlı qız itkin düşüb
2024-05-10 08:41:32
Gəncədə məktəbli bıçaqlandı
2024-05-03 12:05:03
Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb
2024-05-02 08:48:28
15 yaşlı qız itkin düşdü
2024-05-02 08:47:18
Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
2024-04-30 13:29:17
Ağdamda məktəb tikintisi sülhün bərpasına töhfədir
2024-04-24 15:22:54
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
2024-04-24 14:59:55
Bakıya işləməyə gələn 18 yaşlı oğlan itib
2024-04-22 11:48:00
13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb - YENİLƏNİB
2024-04-20 18:12:38
FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirib
2024-04-20 12:54:37
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
2 May 2024, 10:24
Bu kollecə yeni direktor təyin olunub
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
FACEBOOK