Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 10:38:41
LDU-da imtahan sessiyası davam edir

Lənkəran Dövlət Universitetində (LDU) bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilir.

 

AzEdu.az xəbər verir ki, ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada
seçmək imkanı yaradılıb.

 

İmtahan nəticələri universitetin rəsmi saytında(www.lsu.edu.az) yerləşdirilir. Gördüyünüz video kadrlar və şəkillər LDU-nun Təbiyyat fakültəsində, riyaziyyat və informatika müəllimliyi III tədris ili tələbələrinin proqlamlaşdırma dilləri fənni üzrə keçirilən şifahi imrahanında lentə alınıb. İmtahan biletləri real rejimdə kompüterdə formalaşdırılaraq çap edilir, tələbələr biletdə olan suallara uyğun proqram tərtib edirlər.

 

Qeyd edək ki, imtahanlar 1.02.2024-cü il tarixinədək davam edəcək.