Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 09:43:00
Qəbul imtahanının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başa çatır

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. I və III ixtisas qrupları üzrə hər iki altqrupu (RK və Rİ, DT və TC) seçmiş iştirakçılar üçün informatika və coğrafiya fənni üzrə ayrıca imtahan isə fevralın 11-də keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki,sınaq imtahanına qeydiyyat bu gün saat 12:00-da başa çatacaq.

 

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

 

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

 

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

 

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.