Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 17:43:24
"Sabahın alimləri” müsabiqəsində iştirak edəcək şagirdlər müəyyən olunub

“Sabahın alimləri” XIII respublika müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi-tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib.

 

Qeyd edilib ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin yeri və tarixi haqqında yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

 

Seçilən layihələrin siyahısı ilə institutun saytından tanış olmaq mümkündür.