Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 17:31:52
Magistraturaya qəbul üçün bu qədər bakalavr ərizəsini təsdiq edib
Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
 
 
AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
 
 
29 yanvar saat 14:30-a olan məlumata əsasən 18097 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 16693; rus bölməsi - 1404). 964 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
 
 
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
 
 
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
 
 
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
 
 
Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.