Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 16:48:52
Türkiyədə 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır

Hazırda Türkiyənin ali təhsil müəssisələrində 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

 

AzEdu.az xəbər verir ki, bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib.

 

O bildirib ki, azərbaycanlı tələbələrdən 604-ü Türkiyənin dövlət təqaüdündən (burs) yararlanır:

 

“Azərbaycanda isə 7 tələbəmiz doktorantura təhsili alır”, - nazir söyləyib.