Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 13:11:00
SOS: Uşaqlarda “Sarılıq” təhlükəsi: Valideynlər nə etməlidirlər?

Xəbər verdiyimiz kimi, Bakının bir neçə məktəbində “Hepatit A” virusu yayılıb. Hazırda xəstəlik yayılmaqda davam edir.

 

Bəs görəsən, valideynlər uşaqlarını bu virusdan qorumaq üçün nə etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a infeksionist həkim Ləman Qalimova danışıb:

 

Həkim xəstəliyin nələrdən yayıla biləcəyini diqqətə çatırıb:

 

“Sarılıq “Hepatit A” virusunun törətdiyi bir xəstəlikdir. Xəstəliyin ilkin mərhələsində uşaqlarda halsızlıq, iştahsızlıq və saralma kimi şikayətlər müşahidə olunur. Bu isə daha çox dezinfeksiya qaydalarına riayət olunmamış sulardan, natəmiz su ilə yuyulmuş qidalardan keçir. Valideynlər əgər uşaqlarında halsızlıq, saralma, gözün içində sarılıq, temperaturun yüksəlməsi halları ilə qarşılaşırsa, o zaman mütləq həkimə müraciət etməlidirlər”.

 

L.Qalimova sarılıq xəstəliyinin keçici olduğunu vurğulayıb:

 

“Hepatit A-nın qarşısını almaq üçün vaksinasiya mövcuddur. Xəstəlikdən qorunmaq üçün mütləq şəkildə həm böyüklər, həm də uşaqlar peyvənd olunmalıdır. Uşaqlar arasında vaksinasiya bizim milli peyvənd təqvimində də var. Əvvəlki illərə baxanda hepatit A virusuna yoluxanların sayında kütləvi artım müşahidə edirik. Ona görə də valideynlər həm özlərini, həm də  uşaqlarını qorumaq üçün vaksinasiyadan keçməlidirlər”.