Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 15:50:41
ADA Universitetindən boğulan tələbə ilə bağlı AÇIQLAMA

“Kədər hissi ilə bildiririk ki, tələbəmiz Sərxan Həsənovu itirdik”.



AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ADA Universitetindən verilən açıqlamada bildirilib.



Qeyd edilib ki, Prezident təqaüdçüsü, III qrup üzrə bakalavriata qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Həsənov Hüquq fakültəsinin son kurs tələbəsi idi.


 

“Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil etdi, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırdı.

 

Sərxanın 2019-cu ildə “Tələbə kartı”nı əldə etdiyi gün dediyi bu sözləri daim xatırlayacağıq:

 

“Hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə nail olduğum üçün qürurlanmaqla yanaşı, “ADA-lı” olmağın məsuliyyətini də indidən hiss edirəm”.

 

Sərxanın xatirəsi ürəyimizdə yaşayacaq”, - Universitet bildirib.

 


Xatıradaq ki, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə Nərimanov rayonundda yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.


Onunla birgə olan özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da dəm qazından boğularaq dünyasını dəyişib.

 

Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. 



Qardaşlar əslən Tovuz rayonundandırlar.