Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 12:36:29
AzTU-da ilk hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin  ilk  hesabat konfransı keçirilib. Konfransda layihənin İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşadan olan tərəfdaş universitetləri və 20-dən çox Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətləri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, AzTU-nu konfransda tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Universitet –Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova təmsil edib.

 

“Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” mövzusunda tədbirdə ENGAGE layihəsinin qısa icmalı, fəaliyyət planı, aparılan tədqiqatların məqsəd və metodologiyası haqqında məlumat verilib.

 

Eyni zamanda müxtəlif universitetlər tərəfindən layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr, sahibkarlıq ekosisteminin müqayisəli təhlilinə əsasən əldə edilmiş nəticələr və “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra tərəfdaş Avropa universitetlərinin təşkil etdikləri təlimlər nəticəsində müəyyən olunmuş sahibkar universitetlərin biznes modelləri təqdim edilib.       

 

İki gün davam edən konfrans zamanı Avropanın tərəfdaş universitetlərinin nümayəndələri tərəfindən “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" mövzularında təqdimatlar edilib, panel müzakirələr keçirilib.